XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 09:11

“Daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik” – İqtisadçı

Tanınmış iqtisadçı Qubad İbadoğlu Mərkəzi Bankın (AMB) rəhbəri Elman Rüstəmovun manatın devalvasiyası ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Strateq.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Mərkəzi Bank sədrinin son açıqlaması üçüncü devalvasiyayadan xəbər verir:

“Elman Rüstəmovun son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə “üzməsi”nə imkan verilməyəcək. AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək, tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq.

Bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib. Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müşahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək”.

İqtisadçının sözlərinə görə, AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir:

“Lakin QMB həm zaman və həm də iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarını təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orada bizim kimi valyuta yalnız neft satışından əldə edilmir. Odur ki, qazaxları gecikmələrlə “yamsılamağa” dəyməz. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks tədqirdə, çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.