XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 09:21

Hicablı stüardessalar, halal qida, uçuşqabağı dua – Dünyada ilk halal aviareys

Malaziyanın «Rayani Air» aviaşirkəti dünyada ilk dəfə şəriət qaydalarına tam uyğun uçuş həyata keçirib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ilk uçuş Kuala-Lumpurdan Lanqkavi adasına olub.

Bu aviaşirkətin təyyarələrində ekipaj üzvləri müsəlmanlardan ibarətdir, bütün stüardessalar isə hicablıdır.

Uçuşdan əvvəl sərnişinlər üçün dua oxunur. Uçuş müddətində sərnişinlərə halal qida verilir, spirtli içki qadağası tətbiq edilir. 

Ekipaj üzvləri ilə yanaşı, sərnişinlərin də şəriət qaydalarına uyğun geyinməsi tələb olunur. 

«The Daily Mail»in məlumatına görə, 2016-cı ildə Britaniyada yerləşən «Firnas Airways» şirkəti də müştərilərinə bu cür aviareyslər təklif edəcək. 

Xatırladaq ki, bu ilin sentyabrında Türkiyənin «Fusion Tour» şirkəti şəriət qaydalarına uyğun gəmi gəzintisi təşkil etmişdi. Həmin gəzintidə də donuz əti və spirtli içki qadağası qoyulmuşdu.