XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 12:16

“Kökünün birdəfəlik kəsilməsi üçün tədbirlər görüləcək” – Müdafiə Nazirliyindən Sarkisyana xəbərdarlıq

“Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında etdiyi populist çıxış, coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təəssüratını yaradır”.

Strateq.az xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran S.Sarkisyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir:

“Dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani, müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə “zavallı” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur.
Terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə, dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində, terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcəkdir.