XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 12:30

İŞİD-in gizli planı üzə çıxdı – Daha bir ölkədə xilafət qurmağa hazırlaşır

İŞİD daha bir ölkədə gizli xilafət qurmağa hazırlaşır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu bu gün Avstraliyanın baş prokuroru Corc Brendis “The Australian” qəzetinə müsahibəsində deyib.

Brendisin sözlərinə görə, İŞİD-in hədəfindəki növbəti ölkə İndoneziyadır:

«İŞİD Yaxın Şərq hüdudlarından kənarda da xilafət qurmağa qərar verib. Onların hədəfindıki ölkə İndoneziyadır”

Baş prokurorun bu açıqlamasından bir gün əvvəl, Sidneydə iki ölkənin daxili siyasət idarələrinin rəhbərləri bir araya gəliblər.

Rəsmilər Avstraliya və İndoneziya xüsusi xidmət orqanlarının terrora qarşı əməkdaşlığı gücləndirməsinə, terrorçuları maliyyələşdirənləri müəyyənləşdirmək üçün birgə əməliyyatlar keçirməyə qərar veriblər.