Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Bürosunun səlahiyyətlərinə dair qanuna sensasion əlavələr etməyə hazırlaşır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əlavələr Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşlarına kütləvi iğtişaşlar zamanı qadın və uşaqlara odlu silahdan atəş açmaq səlahiyyəti verir.
FTB əməkdaşları iğtişaş və teraktların qarşısını almaq, həmçinin girovları azad etmək üçün yaşayış yerlərinə və başqa məkanlara girə, silahdan istifadə edə bilər.
Duma bugünkü iclasında qanuna düzəlişləri növbədənkənar qaydada müzakirəyə çıxarıb və onları ən qısa zamanda qəbul edəcəyəini açıqlayıb.
Parlamentin Təhlükəsizlik Komitəsinin sədr müavini Ernest Valeyevin gündəmə gətirdiyi əlavələrə deputatlar müzakirəsiz dəstək veriblər.