XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 16:02

Putindən qəfil təyinat: “Gəlin, bizim administrasiyada işləyin”

Rusiya prezidenti Vladimir Putin İnternetin İnkişafı İnstitutunun və «LiveInternet» şirkətinin rəhbəri German Klimenkoya yeni vəzifə verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Klimenko bundan sonra Rusiya prezidentinin internet iqtisadiyyatı üzrə müşaviri olacaq.

Putin Klimenkoya bu postu bu gün Moskvada – Beynəlxalq  Ticarət Mərkəzində keçirilən «İnternet iqtisadiyyatı» forumunda təklif edib. Klimenkoyla söhbət zamanı Putin anidən ona «Sizə təklifim var. Gəlin, Prezident Administrasiyasında işləyin», – deyib.  

Forumda çıxışı zamanı Putin bu təklifini ictimai şəkildə elan edib. Klimenko Putinin təklifini qəbul etdiyini bildirib:

«Etiraf edim ki, bu təklif mənim üçün gözlənilməz oldu». 

Kremldən bildiriblər ki, Klimenko internetin və buna bağlı iqtisadiyyatın inkişafına məsul olacaq. 

Buna qədər Vladimir Putinin 9 müşaviri var idi və Klimenkonun təyinatından sonra onların sayı 10-a çatdı. 

Putinin müşavirləri arasında ən çox tanınanları Sergey Qlazyev (iqtisadiyyat), Anna Levitskaya (sosial) və Mixail Fedotovdur (insan haqları).