Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.
Gürcüstanın baş naziri G. Kvirikaşvili sazişin imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb.
Baş nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasının ölkələr arasında əməkdaşlığın inkişafına, rifaha xidmət edəcəyini bildirib.
APA