XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 10:55

BP prezidenti:"Biz saziş çərçivəsində 40 milyarddan çox sərmayə qoyacağıq"

“Əsrin müqaviləsi" Heydər Əliyevin əməyinin bəhrəsidir. Yeni həyat məhz o dövrdən başladı”.

Bunu bu gün Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə BP prezidenti Robert Dadli bildirib.

R. Dadli deyib ki, bu, tərəfdaşlığın yeni səhifəsini açacaq: “Biz saziş çərçivəsində 40 milyarddan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan "Xankəndi" gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paraolimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək”.

APA