XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 14:00

“Bakcell” deputatın pulunu mənimsəyib:"Özbaşınalıq nə səviyyədədir ki..."

""Baksell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün hansı yaramazlıqla məşğuldurlar".

Strateq.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

Millət vəkili bildirib ki, sentyabrın ayının 13-də Moskvaya gəlməzdən öncə balansına 45 manat pul yatırıb: 

"Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın. Kimsə ilə də "Baksell" nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e…".

Strateq.az