XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2017 - 14:59

Şeyxdən Çexiyada biznesi haqda yayılan xəbərə reaksiya:"Heç nəyə ehtiyacım yoxdur"

“Mənim heç nəyə ehtiyacım yoxdur və heç kimlə nəyəsə ehtiyac görmürəm”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması ilə bağlı keçirilən toplantıda bildirib.

“Mənim yaxşı insanlara ehtiyacım var. Mən həmişə ulu öndər Heydər Əliyevin tövsiyələrini xatırlayıram. Biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq və həmişə də belə adamlara ehtiyacımız olub. Bu gün məni düşündürən budur. Başqa heç nəyə ehtiyacım yoxdur”.

Qeyd edək ki, mətbuatda Allahşükür Paşazadənin Çexiyada biznesinin olması haqda məlumatlar yayılıb.

APA