XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 16:15

Nursultan Nazarbayev:"Qazaxıstan sülhməramlılarını Suriyaya göndərə bilər"

"Qazaxıstan BMT-də belə qərar qəbul olunacağı təqdirdə, sülhməramlıları Suriyaya göndərə bilər".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev jurnalistlərə açıqlamasında deyib.

"BMT sülhməramlı qüvvələrin Suriyaya göndərilməsi ilə bağlı qərar verərsə, biz BMT üzvü kimi, hərbçilərimizi göndərə bilərik", – deyə N.Nazarbayev bildirib.

Prezident qeyd edib ki, konstitusiyaya əsasən, qaynar nöqtələrə hərbçiləri yalnız parlamentin icazəsi ilə göndərə bilərlər.

Məlumat üçün bildirək ki, dünən Qazaxıstanın paytaxtında Suriya böhranının həllinə dair danışıqların altıncı mərhələsinə start verilib.