XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 18:17

Telman İsmayılovun Moskvadakı obyektlərində axtarış aparılır –Səbəb bəlli deyil

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı iş adamı Telman İsmayılova məxsus 12 ünvanda axtarışlar aparır.

Trend-in məlumatına görə, bu barədə onun vəkili Aleksandr Dobrovinski məlumat verib.

Vəkilin sözlərinə görə, axtarışlara onlarla adam cəlb edilib.

Axtarışların səbəbi məlum deyil.

Qeyd edək ki, ötən ay Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.