XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 20:22

ABŞ türk kəşfiyyatçısını niyə qaçırmaq istəyib? –Türkiyənin məşhur mediasından şok iddialar

ABŞ Türkiyə Milli İstehbarat Təşkilatının keçmiş əməkdaşını Nyu Yorkda həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrabın məhkəməsində şahidlik etməsi üçün qaçırmaq istəyib.

Bu iddia Türkiyənin “Hürriyyət” qəzetində yer alıb.

Qəzetin iddiasına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyə MİT-in İran işləri üzrə keçmiş əməkdaşı Məhməd Barıneri məhz Rza Zərrab məsələsinə görə qaçırmağı planlaşdırıb. Bundan xəbər tutan MİT dərhal əməliyyat keçirərək Barıneri həbs edib. Beləcə ABŞ-ın Rza Zərrabın məhkəməsində keçmiş türk kəşfiyyatçını şahid kimi danışdırmaq planı alt-üst olub.

Qəzet sözügedən “qaçırılma əməliyyatı”nda Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nun da əlinin olduğunu bildirib/Axar.az.