XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 08:00

Davudoğlu Rusiyaya meydan oxudu: «Hazırıq!»

Türkiyə baş naziri Əhməd Davudoğlu Ankaranın istənilən ölkəyə, həmçinin Rusiyaya duruş gətirmək iqtidarında olduğunu bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu çıxışında Rusiyanı despot ölkə adlandırıb: “Biz İŞİD əleyhinə beynəlxalq koalisiyanın üzvüyük. Suriyanı bombalayan istər despot Rusiya olsun, istər başqa ölkə, duruş gətirməyə hazırıq. Rusiya Suriyadakı sivil müxalifəti bombalayır. Bu da həmin ərazilərdə müxalifətin nəzarəti itirməsinə, İŞİD-in möhkəmlənməsinə gətirib çıxarır”.

Baş nazir Türkiyənin İsraillə münasibətləri normallaşdırmasına da münasibət bildirib: «Kimsə deyirsə ki, Türkiyə Qəzza xalqını unudur, Fələstin hökumətinə dəstəyi rədd edir və İsraillə yaxınlaşır, o zaman bizə böyük böhtan atmış olur. Qəzzanı nəinki danışıqlarda, heç yuxumuzda da unutmuruq. Nə Qəzzanı, nə Fələstini, nə Qüdsü unudarıq. Onlar həmişə gözümüzün önündə olacaq».