XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 08:44

Neftin1 barreli 30 dollar olarsa 2016-cı ilin büdcəsi dəyişməyəcək

manat.jpg

Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov bildirib ki, neftin 1 barellinin qiyməti  30 dollaradək ucuzlaşarsa, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxılmayacaq.

“2016-cı ilin dövlət büdcəsi neftin bir barrelinin qiyməti 50 dollara olmaqla hesablanıb. Bununla yanaşı, Maliyyə Naziriyi bir barrel neftin qiyməti 30 dollara qədər ucuzlaşacağı halda, büdcənin itkiləri ilə bağlı hesablamalar aparıb və bu itkiləri kompensasiya edəcək mənbələri müəyyən edib. Bu səbəbdən düşünürəm ki, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxmaq lazım gəlməyəcək”, – deyə F.Fərəcov ANS telekanalına müsahibəsində bildirib.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat və ya üDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.

İnterfax-Azərbaycan