XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 09:40

ABŞ İŞİD-ə hər gün fantastik pullar xərcləyir – Maliyyə Nazirliyi açıqladı

ABŞ İŞİD-ə qarşı mübarizəyə hər gün 11 milyon dollar xərcləyir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

Açıqlamada bildirilir ki, Birləşmiş Ştatlar 2014-cü ilin sentyabrından bu yana İŞİD-ə 5 milyard dollar xərcləyib. Bu məbləğin yüzdə 69-u hava hücumlarına, yüzdə 24-ü qurudan və dənizdən olan hücumlara, yüzdə 7-si isə xüsusi əməliyyatlara ayrılıb. 

Bir neçə həftə əvvəl Rusiyanın da Suriyadakı gündəlik xərclərinin məbləği açıqlamışdı. Məlum olmuşdu ki, Rusiya gələn il Suriyadakı hərbi əməliyyatlara 1.2 milyard dollar xərcləyəcək. Bu da təxminən 3,3 milyon dollar gündəlik xərc deməkdir.

Bir çox Qərb dövlətləri isə Rusiyanın hava hücumlarında İŞİD-i yox, Bəşər Əsədə qarşı vuruşan müxalifləri hədəf aldığını bildirir.