XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 10:13

“Mənə Putin də xox gəlirdi, nə oldu ki?” – Saakaşvili yeni təhdidlərdən danışdı

“Məni Kolomoyskidən daha ciddi adamlar təhdid ediblər”.

Bunu Ukrayna mətbuatına açıqlamasında Odessa qubernatorunun rəhbəri Mixail Saakaşvili söyləyib. O, Kolomoyskidən qorxmadığını bildirib: 

“Bir zamanlar mənə Kolomoyskidən daha ciddi adam olan cənab Putin xox gələrək, bir yerimdən asacağını deyirdi. Ona görə də mən kriminal elementlərin təhdidlərinə öyrəşmişəm. Kolomoyskinin Ukrayna büdcəsinə milyardlarla borcu var. Kolomoyski və oliqarxlar “dəmirov” kimi bir şeydir. Dövlət zəif olanda onlar çoxalıb, yayılmağa başlayırlar”.

Axar.az

Qeyd edək ki, bir müddət öncə yəhudi milyarder İqor Kolomoyski mətbuata açıqlamasında Saakaşvilini əlinə keçirəcəyi təqdirdə it kimi döyəcəyini bildirmişdi.