XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 23:48

Tramp Türkiyə və Ukrayna prezidentləri ilə görüşəcək –ABŞ-dan açıqlama

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.

Bunu ABŞ prezidentinin müşaviri Herbert Makmaster jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

"Sentyabrın 21-də prezidenti Tramp Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Daha sonra prezidentin Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 18-də prezident Fransa və İsrail liderləri ilə görüşəcək”, – deyə, H.Makmaster bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb/APA.