CHP-nin İstanbuldan seçilmiş millət vəkili Şəfəq Pavey deputat mandatından imtina edib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, deputatlıqdan istefa etməsini səhhəti ilə əlaqələndirib.
CHP-li deputat istefa qərarı haqda partiya lideri Kamal Kılıcdaroğluna məlumat verib.
Partiyadan verilən açıqlamada isə bidiriib ki, istefanın qəbul edilməsi üçün partiya məclisinin qərarı olmalıdır: "Lakin istefanın qəbul ediləcəyini düşünmürük".
Strateq.az