XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 12:21

“Rüfət danışmaq imkanında deyil” – Eldar Sabiroğlunun gəlini danışdı

“Hazırda Rüfət danışmaq imkanında deyil. O halsızdır, uzanıb”.

Bu barədə Zərdab rayon prokurorluğunun istefa vermis müstəntiqi Rüfət Səfərovun həyat yoldaşı Nuray Səfərova “Amerikanın Səsi”nə bildirib.

Nuray Səfərovanın sözlərinə görə, hazırda Zərdab şəhərində olan Rüfət Səfərovun təzyiqi çox yüksəkdir: “Təzyiqi çox yüksəkdir (170/110). Təcili təxirəsalınmaz tibbi yardım çağırdıq. Həkimlər Rüfətə açlığı dayandırmasını dedilər. Ona sakit halda uzanmağı məslət bildilər. Lakin Rüfət aclığı davam etdirir”

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edən şəxslərdən biri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov ədalətsizliyə və atasına qarşı təzyiqlərə etiraz olaraq, dekabrın 21-də Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan sonra onun iş otağında və evində axtarış aparılıb. Şəxsi kompüteri götürülüb, mobil telefonlarına baxış keçirilib. Səfərov dekabrın 21-dən bunlara etiraz olaraq, aclıq aksiyasına başlayıb.