XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2017 - 16:14

Həsən Ruhani:"Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər"

"Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər".
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.
 
BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün sabah Nyu-Yorka yollanacaq H. Ruhani Avropa ölkələrini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı ABŞ-a xəbərdarlıq etməyə çağırıb.
 
H. Ruhani bu gün Belçika parlamentinin spikeri ilə görüşdə də bu məsələyə toxunub. O, ABŞ-ın HBFP üzrə öhdəliklərini pozduğunu deyib: "Avropa İttifaqından istəyirik ki,  HBFP ilə bağlı öhdəliyini tam yerinə yetirsin və ABŞ-a bu planla bağlı öhdəliyini yerinə yetirmək üçün təzyiq göstərsin".
 
H. Ruhani tərəflərin üzərinə götürdükləri öhdəliyin icrasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Tehran Avropa İttifaqı ölkələri ilı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.