XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 18:35

İranlı general:“Bizdə “bombaların atası” sayılacaq bomba var”

"İranın öz istehsalı olan 10 tonluq bombası var".

“Report” İRİB-ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib.

“Hərbi-Kosmik Qüvvələrinin sifarişi əsasında müdafiə sənayesi təxminən 10 tonluq bomba hazırlayıb. Bunu “İlyuşşin” təyyarəsi ilə atmaq mümkündür. Bu bomba çox böyük dağıdıcı qüvvəyə malikdir. Əgər ABŞ-ın “bombaların anası varsa, bizim də “bombaların atası” varımızdır””, – deyə general bildirib.