XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

16 Sentyabr 2017 - 20:16

Ağ Ev Bərzaniyə qarşı sərtləşir:"Seçkini ləğv edin!"

Ağ Evin sözçüzü Sara Sanders İraqın şimalındakı kürd muxtar bölgəsinin lideri Bərzaninin sentyabrın 25-ə planlaşdırdığı müstəqilliklə bağlı referendum qərarını dəstəkləmədiklərini növbəti dəfə bəyan edib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, o, muxtar bölgənin rəhbəri Məsud Bərzaniyə çağırış edərək, referendum qərarını ləğv etməyi tələb edib.

Ağ Ev sözçüsü fikirini belə davam etdirib: "ABŞ referendumu dəstəkləmir. Biz dəfələrə bu qərarın İŞİD-lə mübarizə və eyni zamanda azad edilən bölgələrdəki sabitliyə zərər verəcəyini vurğulamışıq.  Biz bu fikirdəyik ki, bu seçkini keçirmək təxribatdır, mübahisəli ərazilərdə sabitliyə zərbə vurmaqdır. Ona görə ABŞ bir daha Bərzani və kürd liderlərinə "bu seçkini ləğv edin, Bağdadla dialoq qurun" deyə növbəti dəfə səslənir".

Xatırladaq ki, rəsmi Vaşinqton bu açıqlamaya qədər həmişə yanız  "seçkini ertələyin" çağırışı edib. Sentyabrın 25-nə sayılı günlər qalmış isə ABŞ mövqeyini daha da sərtləşdirərək kürd liderləri bu dəfə təxribatda suçlayıb. Üstəlik, "seçkini təxirə salın" deyil, çox açıq şəkildə "seçkini ləğv edin" xəbərdarlığı edib…

Onu da qeyd edək ki, ABŞ prezidenti Tramp sentyabrın 22-də Türkiyə prezidentli ilə görüşəcək. 

Strateq.az