XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 10:26

Rusiya ABŞ-ın dəstək verdiyi kürd silahlılarını bombaladı –Koalisiyadan bəyanat

İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rusiyanı "Suriya Demokratik Qüvvələri” (SDQ) adlandırılan müxalif qüvvələrinə aviazərbələr endirməkdə ittiham edib. 

Bu barədə koalisiyanın bəyanatında bildirilir.   

"Sentyabrın 16-da Qrinviç vaxtı ilə təxminən 12.30-da Rusiya qüvvələri Deyr əz-Zor şəhəri yaxınlığına aviazərbə endiriblər. Nəticədə koalisiyadakı tərəfdaş qüvvələrin döyüşçüləri yaralanıb”, – deyə koalisiyanın bəyanatında bildirilir.

Bəzi mənbələr zərbə nəticəsində 6 SDQ silahlısının yaralandığını bildirib.

Moskva isə bildirib ki, aviazərbənin endirilməsi ilə bağlı qərarlar kəşfiyyat məlumatları dəqiq yoxlandıqdan sonra verilir/APA.