XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 10:53

Suriya ordusundan İŞİD-ə daha bir zərbə –Deyr-əz-Zorda 2 rayon azad olundu

Suriyanın hökumət qoşunları və müttəfiq qüvvələri Deyr-əz-Zor şəhərinin cənub-şərqində "İslam dövləti" terror qruplaşmasının yaraqlıları tərəfindən nəzarət edilən Mariiya və Xuveycat rayonlarını azad ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda şəhərin azad olunması qərargahından xəbər verilir.

Məlumata görə, terrorçular Mayədin şəhəri tərəfə qaçıb, digər hissəsi isə Fərat keçərək Deyr-əz-Zor şəhərinin şimal hissəsində gizlənib.