XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2017 - 11:51

“Ərazimizdə ikinci İsrailin qurulmasına imkan verməyəcəyik” –Iraqın vitse-prezidenti

Iraqın vitse-prezidenti Nuri el-Maliki İraq Kürd Muxtar Vilayətinin 25 sentyabrda keçirmək istədiyi referenduma sərt reaksiya verib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşdə rəsmi Bağdadın konkret mövqeyini açıqlayıb.

Maliki bildirib ki, referandum nə Iraq xalqının, nə də kürdlərin maraqlarına uyğun deyil: "Ümumiyyətlə, Iraqın qərbində ikinci İsrailin qurulmasına imkan verməyəcəyik".

Xatıradaq ki, kürdlərin lideri Bərzaninin referendum qərarına İraq mərkəzi hökuməti, eyni zamanda, bölgədə yaşayan türkmən və ərəblər, həmçinin, ABŞ, BMT, İngiltərə, Türkiyə və İran qarşı çıxıblar.

Hətta İraqın baş naziri Heydər əl İbadi referendumun qanunsuz olduğunu deyərək, Bərzani hökumətinin hərbi müdaxilə hədələyib. İraq parlamenti isə referendum aktını birmənalı rədd edib. Lakin dünən Bərzani vilayət məclisini toplayaraq, təhdidlərə boyun əyməyəcəklərini bəyan edərək, seçkini keçirəcəklərini elan edib.

Strateq.az