XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 08:24

ABŞ səfirliyindən Rövşən Rzayevin qanun layihəsinə reaksiya

 

 

 

 

 

 

 

 

 

 

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayevin hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” Qanun layihəsinə münasibət bildirib.

ABŞ səfirliyi Amerikanın Səsi-nin sorğusuna aşağıdakı cavabı verib:

“Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq”.