Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.
İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.
"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", – deyə agentliyin həmsöhbəti bildirib.
Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.