XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 09:50

Moskvada başından güllələnən azərbaycanlı biznesmen çıxdı –Adı açıqlandı

Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.

REN TV-nin verdiyi xəbərə görə, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.

Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır/APA.