XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 10:16

Rus ordusu yenidən Ukraynaya girdi – Putindən sensasion qərar

Rusiya ordusunun bölmələri Ukraynanın Donetsk vilayətinin Kominternovo kəndinə daxil olub.

Bu barədə məlumatı İnformasiya Müqaviməti Qrupu yayıb. Təşkilat separatçı qüvvələrin Qara dəniz istiqamətində yeni ərazilərin ələ keçirilməsi üçün fəaliyyətə başladığını bildirib:

“Hazırda terrorçular Zaiçenko rayonu istiqamətində əlavə 6 ədəd ağır hərbi texnika yerləşdiriblər. üstəlik, Roza Lüksemburq və Proxnya kəndi istiqamətindən Zaiçenkoya əlavə 3 tank, tank əleyhinə silah olan 2 MT-LB, 4 BTR-80 göndərilir. Artıq Komiternovaya separatçıların yerinə Rusiya ordusunun bölmələri daxil olub”.

Qeyd edək ki, bundan öncə Kiyev dəfələrlə Donetskdə Rusiya hərbi bölmələrinin olduğunu bəyan edib. Moskva isə bu iddiaların heç birinin doğru olmadığını söyləyib.

Axar.az