XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 11:09

Ziya Məmmədov Bakıdakı evlərindən birini satışa çıxardı –750 min manata

Sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı unikal.org saytı yayıb.

Xəbərdə bildirilir ki, keçmiş nazir “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxarıb.

Qeyd edək ki, bir müddət əvvəl Ziya Məmmədovun və daha sonra oğlu Anar Məmmədovun xaricdə yaşamaq qərarı verdikləri, hətta onların artıq ölkədən getdikləri haqda xəbərlər yayılmışdı.