XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 11:14

Vergilər Nazirliyindən müəmmalı qərar –"Turan"a vergi sanksiyası yenidən bərpa edildi

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Strateq.az Turan-a istinadən xəbər verir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub.

Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub. Həmin məktubda bidirilib ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur:

"Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəblərini biz bilmirik. Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər".

Qeyd edək ki, Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında Turana 4 min manat manatlı sanksiya qoymuşdu. "Turan"ın inzibati qaydada şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.

Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üçün 9 min manat, 2014-2016-cı illər üçün 37 min manat vergi hesablayaraq, cinayət işi qaldırıb.

Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb. M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyytədən sui-istifadə), 192.1-ci (qanunsuz sahibkarlıq) maddərlərilə cinayət işi başlanıb.

M.Əliyev isə bütün itithamları rədd edir.