XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 10:44

Vaşinqtonun gizli Suriya planı – Dövlət çevrilişi

Birləşmiş Ştatların Suriya ilə bağlı gizli planı üzə çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «The Wall Street Journal»ın yazdığına görə, plana əsasən ABŞ Bəşər Əsəd hökumətini devirmək istəyirmiş. Bunun baş tutmadığını görəndən sonra isə Əsədə qarşı çıxan müxalifləri dəstəkləməyə qərar verib: «Dövlət çevrilişi ilə bağlı uğursuz cəhddən sonra Vaşinqton Suriyadakı sivil müxalifətə dəstək xəttini tutdu. Obama administrasiyası bir neçə il Suriyadakı bəzi hökumət üzvləri ilə gizli danışıqlar apardı. ABŞ Suriyada axan qanın qarşısını almaq, Bəşər Əsədi prezident kürsüsündən imtinaya vadar etmək istəyirdi».

Qəzet keçmiş və hazırkı amerikalı, həmçinin ərəb rəsmilərə istinadən yazır ki, Vaşinqton əvvəlcə Əsəd rejimində hərbi çevriliş üçün boşluqlar axtarıb: «2011-ci ildə Suriya rejimi nümayişçilərə zor tətbiq etməyə və əsgərlər ordudan qaçmağa başlayanda ABŞ perspektivdə hərbi çevriliş edə biləcək insanlar tapdı. Onların arasında ələvi zabitlər də var idi. Lakin Birləşmiş Ştatlar bu istiqamətdə uğur qazana bilmədi. Hərbi çevriliş üçün kifayət qədər imkan yaranmadı».

“Bu, siyasi cəhətdən olduqca elastik bir rejimdir. çox ağıllıdılar» – deyə Dəməşqdəki keçmi ABŞ səfiri Robert Ford Əsəd rejimini qiymətləndirib.

Dövlət çevrilişi planı iflasa uğrayandan sonra 2012-ci ilin yayında ABŞ müxaliflərə dəstək siyasətinə keçid edib: «Bəzən ABŞ və Suriya məmurları birbaşa təmasa da keçirdilər. Məsələn, ABŞ-ın keçmiş dövlət katibinin müavini Uilyam Berns Suriya Xarici İşlər naziri Valid Muallimlə söhbət aparırdı. Bəzən də Rusiya və İran vasitəçilik edirdi».