XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 10:46

Rusiya-İran: “Böyük ittifaq” haqda ilginc iddialar açıqlandı

Suriyada döyüş tapşırığını yerinə yetirmək üçün göndərilən Rusiya təyyarələri İran hərbi bazasından istifadə edib.

Bu barədə Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise İnstitute) nəzdində fəaliyyət göstərən “Həssas təhlükələr” işçi qrupunun yaydığı “Suriyadakı Rusiya-İran hərbi koalisiyası dərinləşə bilər” başlıqlı araşdırmada məlumat verilib.

Xəbərə görə, Suriyada aparılan hərbi əməliyyatlarla bağlı iki ölkənin ordusu gizli razılaşma imzalayıb:

“İran-Rusiya ittifaqı yaxın gələcəkdə daha da dərinləşə bilər. Noyabrın sonundan başlayaraq Rusiyanın Tu-95MS Biə, Tu-160 Bləkcək və Tu-22M Bəkfaə tipli döyüş təyyarələri İran hava sahəsindən İran döyüş təyyarələrinin müşayiəti ilə keçib. Bundan əlavə, Rusiyanın Su-34 “Fullbək” tipli hücum təyyarəsi 23 noyabr tarixində “Şahid Nojeh” hərbi bazasında eniş edib və iki gündən sonra yenidən Suriyaya üz tutub. Eyni gündə İl-76 “Kandid” tipli yük təyyarəsi sözügedən hərbi bazaya daxil olub”.

Analizdə “Şahid Nojeh” hərbi bazasının müstəsna xüsusiyyətə malik olması bildirilir. Suriyada aparılan əməliyyatlar üçün əvəzsiz olan bu baza tamamilə Rusiyanın ixtiyarına verilib:

“Rusiyanın Suriyadakı əməliyyatları istədiyi ölçüdə reallaşdırması üçün İranın hərbi gücündən istifadə edəcəyi gözlənilir. Moskvanın Xəzər və Aralıq dənizindən atdığı uzun mənzilli raketlər üçün etibarlı dəhlizə ehtiyacı var. Bu təmiz və etibarlı dəhliz İran üzərindən olacaq”(Axar.az)