XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 12:31

Universitetdə ciddi korrupsiya faktları… –Palata yoxlama sənədlərini prokurorluğa göndərdi

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında "Dövlət büdcəsindən Azərbaycan Dövlət  İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri  üzrə Hesabat müzakirə olunub.

Strateq.az Palataya istinadən xəbər verir ki, qurumun Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti  tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib:

"Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb".

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib.