XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 16:25

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşəcək –Amerikalı həmsədri

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer sentyabrın 18-dən etibarən həftə ərzində digər həmsədr həmkarları və Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorkda olacaq.

Bu barədə APA-ya amerikalı həmsədr məlumat verib.

O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib.  

Azərbaycan prezidenti İlham Əliyev də sessiyada iştirak etmək üçün Nyu-Yorka səfər edib.