XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 12:41

Baş nazir müavini və müdafiə nazirinin xanımları bankın VİP müştəriləri çıxdı

Rusiyadakı «Vneşprombank»ının VİP müştəriləri arasında bir neçə dövlət məmurunun yaxınlarına aid hesablar aşkarlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda Baş nazirin müavini Dmitri Kozakın xanımı Nataliya Kvaçeva, Müdafiə naziri Sergey Şoyqunun xanımı İrina Şoyqu, «Transneft»in rəhbəri Nikolay Tokarevin kürəkəni  Andrey Bolotov və Olimpiya Komitəsinin sədri Aleksandr Jukovun (oğlu Pyotr «Vneşprombank»da işləyib) ailə üzvləri var.

Həmçinin Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov və «Transneft»in Direktorlar Şurasının üzvü Artur çilinqarov da pullarını bu bankda saxlayır.

«Forbes»in məlumatına görə, bəzi VİP müştərilərə özlərinin iştirakı olmadan kreditlər də verilib. Məsələn, belə müştərilərdən biri özü gəlmədən bankdan 120 milyon rubl kredit götürüb.

Bankın VİP müştəriləri arasında Rusiyanın iri şirktələri də var ki, onların hesablarında 35 milyard rubldan artıq vəsaitin olduğu bildirilir.