XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 19:01

Tramp BMT tribunasından İranı “vurdu”:"Bu ölkə ilə imzalanmış razılaşma ABŞ üçün rüsvayçılıqdır"

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib.

BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D.Tramp İranla imzalanmış razılaşmanı ABŞ üçün rüsvayçı adlandırıb.

“İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir və beynəlxalq ictimaiyyət onu dayandırmalıdır”, – deyə, o, əlavə edib. D. Tramp İrandakı rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb.

ABŞ prezidenti çıxışında Şimali Koreya, Suriya, Kuba, Venesuela rejimlərini də hədəf alıb. O, Şimali Koreyanı məhv etmək gücündə olduqlarını, lakin problemin siyasi yolla həllini istədiklərini söyləyib. D. Tramp Venesuelada demokratiyanı bərpa etmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb/APA.