XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 20:39

“Mənim nə üçün Almaniya ilə problemim olsun ki?” –Çavuşoğlu

"Bizim Avropa Birliyi (AB), yaxud AB üzvləri ilə problemimiz yoxdur".

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Mənim nə üçün Almaniya ilə problemim olsun ki? 3.5 milyondan çox türk Almaniyada yaşayır. Əgər Almaniyada sabitlik varsa, bu, onlar üçün də yaxşıdır. Əgər Almaniya güclüdürsə, bu, bir nömrəli iqtisadi müttəfiqi olan Türkiyə üçün də ürəkaçandır. Belə olan halda nə üçün Almaniya ilə əlaqələrimizin mənfi olmasını istəyək ki?”, – nazir bildirib/Axar.az.