Meksikada zəlzələ qurbanlarının sayı 226 nəfərə çatıb.
Bu barədə Trend Meksikanın Xilasetmə Xidmətinə istinadən məlumat verir.
Bundan əvvəl ölənlərin sayının 149 nəfər olduğu bildirilirdi. Dağıntılar altında qalanlar var.
Qeyd edək ki, ötən gün Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.