XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 11:43

Hacı Qalib Salahzadənin oğlu həbsdə qaldı –Məhkəmə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Ə. Salahzadə bir neçə gün əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Onu da qeyd edək ki, Qalib Salahzadə Şeyx Allahşükür Paşazadə ilə qudadır.