XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 13:52

Türk yazardan xəbərdarlıq:"Bərzani referenduma getsə, onu devirəcəklər"

Sərdar Turqut

"Gazete Habertürk", Türkiyə

 

İraq Regional Kürdistan Hökumətinin müstəqillik elanı ilə bağlı ABŞ-ın rəsmi mövqeyinin “Bunu etməyin” olduğu məlumdur. Ancaq ABŞ-ın İŞİD-lə Mübarizə Koalisiyasındakı xüsusi təmsilçisi Bret Makqurkun (Brett McGurk) yanına Bağdaddakı ABŞ və Böyük Britaniya səfirlərini də alaraq Bərzaniylə görüşündə hansı məsələlərin müzakirə olunması haqqında rəsmi açıqlama verilmədi.

Bərzaninin “ABŞ-ın verdiyi alternativ təklifi qəbul etmirik” açıqlamasıyla da ortada, həqiqətən, konkret bir mövqenin olduğu hiss edilməyə başlanıb. Əgər bir təklif varsa da, bunun sadəcə regionda mövcud olan de-fakto durumu de-yure hala gətirmək, yəni, bir konfederativ qurum təklifi ola biləcəyi də söylənib. ABŞ-da bunun real bir alternativ olacağını düşünənlər də var.

Ancaq Vaşinqtonda keçirdiyim görüşlər durumun belə olmadığını göstərir. Burada mənə deyilənlərə görə o toplantıda:

– ABŞ Bərzaniyə, “Bizim hazırda ən böyük və tək hədəfimiz İŞİD-in ortadan qaldırılmasıdır. Bu məqsədimizi reallaşdırmağa çətinlik yaradacaq, mane olacaq hər kim olursa olsun onunla mübarizə etməyə hazırıq” mesajını çatdırmış;

– və bu anda müstəqillik elanının, xüsusən də mərkəzi İraq hökumətilə yaradacağı problemlər səbəbilə, İŞİD-lə mübarizəyə zərbə vuracağı deyilmiş və bu üzdən Bərzaninin referendumu şərtlər yol verincəyə qədər təxirə salması istənmişdir.

Burdakı mənbələrə, “Bu deyilənlər gerçəkdirsə, burada Bərzaniyə bir təhdidin olduğu da anlaşılır. Bu şərh doğrudurmu?”– deyərək soruşdum.

Heç bir mənbə, “Təhdid yoxdur” demədi. ABŞ-a qarşı çıxmasına böyük ehtimal vermədikləri Bərzaninin, hər şeyə rəğmən, referenduma getməsi halında bunun onun siyasi intiharı olacağını düşündüklərini bildirdilər.

İsrail ilə ABŞ-ın Bərzaninin bu məqamda referenduma getməyə israr etməsi halında, öz kreslosundan getməsinin lazım olacağı üzərində prinsipcə anlaşdıqlarını və bu baş verdiyi təqdirdə, onun yerinə iki ölkənin də rahat işləyə biləcəyi Nəçirvan Bərzaninin gələcəyini söylədilər.