XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 14:55

Türkiyə ilə hava hucumundan birgə müdafiə Memorandumu haqqında FƏRMAN

 

ilham serencam.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki,  Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi ölkənin dəstəyinə dair 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməsi tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.