XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2015 - 14:59

“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman verib.

Strateq.az xəbər verir ki, Fərmana əsasən aşağıdakl maddələrdə dəyişiklik olub:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 494; 2009, № 2, maddə 66, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddə 188, № 6, maddə 493; 2013, № 12, maddə 1507) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 2-ci hissəsində “və onun müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xidmətində müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri “, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.