XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 15:54

Davudoğlu: “Xainlik və rəzillikdir”

Türkiyə Baş naziri Əhməd Davudoğlu HDP sədri Səlahəddin Dəmirtaşın Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi görüşlə bağlı sərt açıqlama verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu Dəmirtaşın görüşdə Türkiyə əleyhinə səsləndirdiyi fikirləri xainlik və rəzillik adlandırıb. 

Xatırladaq ki, Dəmirtaş Lavrovla görüşdə Türkiyənin Rusiya təyyarəsini vurmasını yanlış addım adlandırmışdı. 

Davudoğlu hesab edir ki, HDP sədri bununla Türkiyənin ölkə xaricindəki nüfuzunu zədələməyə çalışıb: «Belə bir məqamda Moskva ilə üz-üzə gəlmək belə, Türkiyəyə və onun vətəndaşlarına hörmətsizlikdir».