XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 17:12

Rusiya ilə ikitərəfli hərbi-texniki əməkdaşlıq – Prezident dəyişikliyi təsdiq etdi
 

Prezident İlham Əliyev bu gün Azərbaycan və Rusiya hökumətləri arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli sazişdə dəyişiklik edilməsi barədə Protokolu təsdiqləyən sərəncam imzalayıb.

 
Sərəncama əsasən, Nazirlər Kabinetinə sərəncamın birinci hissəsində göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərmək tapşırılıb.