XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 20:26

Rusiya ABŞ-ı «Coca-Cola» və «Pepsi» ilə «vuracaq»

Rusiya son sanksiya zərbəsinə görə ABŞ-ı cəzlandırmağın yollarını axtarır.

Strateq.az xəbər verir ki, dekabrın 22-də qəbul edilən sanksiya qərarına ilk reaksiya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan gəlmişdi. Vaşinqtonun bu qərarının ağıla və məntiqə sığmadığını deyən Peskov bu addımına görə ABŞ-ın cavabsız qalmayacağını bəyan etmişdi. 

ABŞ-ı cəzalandırmağın yolları barədə ilk təklif Rusiya Dövlət Dumasından gəlib. Dumanın İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Yemelnikov Vaşinqtonu «Pepsi» və «Coca-Cola» kimi qazlı içkilərlə «vurmağı» təklif edib. 

Yemelnikov bildirib ki, növbəti cəza tədbiri kimi amerikalı maliyyə müşavirləri və auditlərin Rusiya şirkətlərinə xidmət göstərməsinə qadağa qoyula bilər. Daha bir tədbir isə «Boeing» təyyarələrinin alışından imtina ola bilər: «Ən azı, Amerika vertolyotlarının alınmasına qadağa qoyula bilər. “Boeing”ləri də tədricən başqaları ilə əvəzləyə bilərik”.