XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 10:21

NATO Baş katibindən Ankaraya jest:"Türkiyə özünümüdafiə hüququna malikdir"

Türkiyə zenit-raket kompleksləri (ZRK) əldə etmək üçün İtaliya və Fransa ilə danışıqlar aparır.

Bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Stoltenberqin sözlərinə görə, Türkiyə özünümüdafiə hüququna malikdir.

O qeyd edib ki, Türkiyə NATO-nun Suriya və İraqla sərhəddə yerləşən əsas ölkəsidir.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib/Trend.