XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 12:03

Fazil Məmmədov baş direktorla müavinini işdən çıxardı –Vergilər Nazirliyində yenə dəyişikliklər oldu

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.

Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifələrindən çıxırılıblar.

Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.

N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. 

Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib/Report.