XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 12:12

Deputat Şeyxin qudası ilə məhkəmədə çəkişəcək:"O, bu ittihamlara cavab verməlidir"

Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.

Strateq.az  "qafqazinfo”ya istinadən xəbər verir ki, deputat artıq vəkilləri ilə müqavilə bağladığını deyib. Əavə edib ki, Qalib Salahzadəni məhkəməyə verərək, həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:

"Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

Xatıradaq ki, Hacı Qalib Şeyx Hacı Allahşükür Paşazadənin qudasıdır.